Çərşənbə, 15 May

“Çukur"un aktyoru futbolçu oldu - Hollandiya klubuna keçdi - FOTO

image

"Çukur" serialında "Vartolu Sadettin” obrazını canlandıran aktyor Erkan Kolçak Köstendil gənclik arzusunu gerçəkləşdirib. 

Xəbər verilir ki, qapıçı olmaq istəyən 38 yaşlı Erkanın yeni komandaya transferi rəsmiləşib.

Bir müddət "Bursaspor”da qapıçı kimi çıxış edən Erkan Kolçak Köstendil, dünən Hollandiya Liqası komandalarından "Amsterdam Gənclərbirliyi”nə keçid alıb. 

Köstendil müqavilə bağlanan zaman çəkilmiş fotolarını "Instaqram” hesabında paylaşarq  "Yeni komanda, yeni ev və yeni ailə” qeydini yazıb.  

Məşhur aktyor, ehtiyat qapıçının son şansından yazdığı "12 nömrəli adam" adlı bir nəfərlik oyunu ilə böyük diqqət çəkdi.

Qeyd edək ki, aktyor Cansu Tosun və oğlu Marsel ilə birlikdə Hollandiyaya gedib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00